Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib

Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib

26
Sep

"Intel" şirkəti kompüterlər üçün nəzərdə tutulmuş 8-ci nəsil yeni "Core" prosessorlarını təqdim edib. Ən məhsuldar modellərdən biri və ən güclü oyun çipi adlandırılan "Intel Core i7-8700K" prosessoru 6 nüvə və 12 hesablama axınına malikdir.
"Intel" şirkətinin baş meneceri Anand Şrivas bildirib ki, 5 oktyabr tarixindən etibarən yeni məhsulları sifariş etmək mümkündür.
Şirkət ümumilikdə 6 yeni çip təqdim edib. Masaüstü istehsal xəttinə 4 ədəd 6 nüvəli və 2 ədəd 4 nüvəli prosessor daxil edilib: "Core i7-8700K" ($359) və "Core i7-8700" ($303), "i5-8600K" ($257 ilə) və "i5-8400" ($182), "Core i3-8350K" ($168) və "Core i3-8100" ($117). Təqdim edilmiş bütün yeni prosessorlar "Intel Optane" sürət yaddaşını dəstəkləyir, "LGA 1151" soketi və "Intel Z370" çipsetindən istifadə edir. Prosessorlar 10 nanometrlik texnoloji proses normalarına riayət edilməklə istehsal ediləcək.

Mənbə: ictnews.az