“Microsoft” şirkəti “Xbox One X” oyun konsolunu təqdim edib

“Microsoft” şirkəti “Xbox One X” oyun konsolunu təqdim edib

11
Jul

“Microsoft” şirkəti “E3 2017” sərgisində bundan əvvəl “Project Scorpio” kod adı ilə tanınan “Xbox One X” oyun konsolunu təqdim edib. Əvvəlki kimi “AMD Jaguar” arxitekturası ilə işləyən oyun konsolu səkkiz nüvəli prosessorla təchiz edilib. Qurğunun qrafik məhsuldarlığı 6 teraflopsa yaxındır: “GPU” 40 hesablama blokuna malikdir və 1172 MHs takt tezliyində işləyir. Bütün bu xüsusiyyətlər nəticəsində sözügedən konsol rəqibləri arasında ən güclüdür.

“Xbox One” platforması üçün yeni oyunlar öncədən “4K” təsvir ölçüsü dəstəyinə malik olacaqlar, amma “1080p” formatını dəstəkləyən televizorlarda da normal görsənəcəklər. 7 noyabr 2017-ci il tarixində satışa çıxarılacaq yeni oyun konsolunun təxmini qiyməti 662 dollar təşkil edəcək.

Mənbə: ictnews.az