İstifadəçi Müqaviləsi
Xahiş edirik diqqətlə oxuyun
Məqsəd
Bu bildiriş müştərilərə elektron formada göstəriləcək müvafiq xidmətlərin şərtləri barədə məlumatlandırmaq, habelə bu xidmətlərin göstərilməsi zamanı müştəriyə aid şəxsi məlumatların üçüncü şəxslərə açıqlanmasının qarşısını almaq məqsədilə hazırlanmışdır. Aşağıdakıları nəzərdən keçirərək qeydiyyat prosesinə davam etdiyiniz halda Siz, “Lisenziya.az” saytının müəyyən olunan müvafiq qayda və şərtlərin qəbulunu təsdiq edirsiniz.
Məlumat təhlükəsizliyi
Lisenziya.az saytının xidmətlərindən istifadə edən müştərilərin məlumat təhlükəsizliyi Lisenziya.az üçün böyük əhəmiyyət kəsb edir.
Müştərilərin qeydiyyata alınmış və gələcəkdə qeydiyyata alınacaq şəxsi məlumatları bir internet saytı kimi Lisenziya.az tərəfindən ciddi qorunur və qorunmağa davam edəcəkdir. Bu baxımdan, məlumat təhlükəsizliyinizin təmin olunması üçün Müstəri tərəfindən şifrənin başqa şəxsə verilməsi yolverilməzdir. “Lisenziya.az” xidmətləri çərçivəsində şifrənin üçüncü şəxsə verilməsi və ya bunun başqa bir şəxs tərəfindən müştərinin şifrə və nömrəsindən istifadə zamanı əldə edilməsi halında, müştəriyə aid məlumatların açıqlanmasına, habelə aparılan əməliyyatlara görə məsuliyyəti yalnız müştəri özü məəsuliyyət daşıyır. Təqdim edilən xidmətlərlə əlaqədar müştəri üçün aşağıdakı istifadə qayda və şərtlərilə tanış olmaq vacibdir. Aşağıdakı qayda və şərtlər Lisenziya.az saytı tərəfindən müştəriyə təqdim olunan xidmətlər üzrə tərəflərin hüquq və öhdəliklərini ehtiva edir.
Müştərinin öhdəlikləri
Müştəri bu qayda və şərtləri qəbul etməklə “Lisenziya.az” xidməti vasitəsilə əldə edəcəyi məlumatlara və həyata keçirəcəyi əməliyyatlara görə yalnız özü tək səlahiyyətli şəxs olduğunu, Lisenziya.az tərəfindən təqdim olunan xidmətlər çərçivəsində aparılan hər hansı bir əməliyyatın yalnız şəxsən həyata keçirildiyini, xidmətdən istifadəyə görə məsul şəxs olduğunu, şifrə istifadəsilə həyata keçirilən əməliyyatlar üçün “tərəfimdən istifadə edilməyib” etirazından imtina etməsini, şifrəsinin başqa şəxs tərəfindən mənimsənməsi halında müvafiq araşdırmanın aparılmasına görə Lisenziya.az öhdəlik daşımadığını, şifrənin üçüncü şəxs tərəfindən istifadəsi zamanı yaranan hər hansı ziyana görə şəxsən məsuliyyət daşıdığını, öz şifrəsinin gizli saxlanılması üçün lazımi tədbir görməyi və istənilən halda yuxarıda sadalanan hallarla bağlı Lisenziya.az-ın hər hansı məsuliyyət daşımadığını təsdiq edir. Şifrə olaraq “Lisenziya.az” xidmətinə qeydiyyat zamanı təqdim olunan kod və ümumi hallarda xidmətlərdən istifadə zamanı təqdim və ya tələb olunan məlumatlar nəzərdə tutulur.
Şərtlər
- Lisenziya.az, təqdim olunan xidmətlərin davamlı olacağına zəmanət vermir, xidmətlərin şərtlərində sonradan dəyişiklik etmək, habelə xidmətləri dayandırmaq hüququnu özündə saxlayır.
- Lisenziya.az bu qayda və şərtlərin pozulması halında, xidmətlərdən bilərəkdən yanlış və ya sui-istifadə edildikdə, habelə istifadəçi tərəfindən təhlükəsizlik tədbirlərinin pozulması zamanı müştəriyə əvvəlcədən xəbərdarlıq etmədən onun şifrəsini ləğv edə və müvafiq xidmətlərin göstərilməsini dayandıra bilər.
- Müştəri bu xidmətlərin göstərilməsi zamanı müvafiq şifrənin bilərəkdən və ya kobud ehtiyatsızlıqdan üçüncü şəxsə verilməsi nəticəsində abunəçinin şəxsi anket və s. məlumatlarının açıqlanmasına görə, Lisenziya.az məsuliyyət daşımır və buna görə cavabdehlik tam olaraq müştərinin öz üzərində qalır.
- Müştəri, “Lisenziya.az” xidməti vasitəsilə ona aid məlumatlarının üçüncü şəxslərə açıqlanmasına görə Lisenziya.az saytının məsuliyyət daşımadığını qəbul edir.
- Müştəri, öz şifrəsinin üçüncü şəxs tərəfindən istifadəsindən şübhələndiyi halda, o, Lisenziya.az-a bu xidmətlərin göstərilməsinin dayandırılması barədə müraciət edə bilər.
- Lisenziya.az-dan asılı olmayan hər hansı texnoloji problem səbəbindən xidmətlərin göstərilməməsinə görə Lisenziya.az məsuliyyət daşmır.
- Lisenziya.az saytından istifadə zamanı aşkarlanmış problemlərdən və ya köçürmə səhfləridən sui-istifadə edilərək edilən əməliyyatlara görə müştəri məəsuliyyət daşıyır və buna görə Lisenziya.az edilən müdaxiləyə görə Hüquq Mühafizə Orqanlarına müştəri barəsində Hüquqi işləm görülməsi üçün müraciət etmək hüququna malikdir. Qeyri-qanuni müdaxilə zamanı Lisenziya.az müştəriyə ait bütün şəxsi məlumatlarını Hüquq Mühafizə orqanlarına təqdim edə bilər. Bu barədə Lisenziya.az müştəriyə məlumat vermək və ya verməmək hüququnu özündə saxlayır.
- Lisenziya.az müştərinin Balansına yüklədiyi pula və aparılmış əməliyyatlara görə heç bir halda məəsuliyyət daşımır.
- Müştəri tərəfindən sayta daxil edilmiş məlumatlara görə yalnız müştərinin özü məəsuliyyət daşıyır.
- Lisenziya.az saytından alınan rəqəmsal məhsullar heç bir halda geri qaytarılımır və dəyişdirilmir.
- Lisenziya.az saytına istifadəçi tərəfindən öz hesabına yüklnmiş məbləğ heçbir halda geri qaytarılımır.
- Lisenziya.az gələcəkdə birtərəfli qaydada bu qayda və şərtlərdə dəyişiklik etmək, habelə xidmətlərin ləğv etmək və ya dayandırmaq hüququnu özündə saxlayır.
Tətbiqin məxfilik siyasəti
- Bu tətbiq yalnız Lisenziya.az saytına daxil olmaq üçün istifadə olunur.
- Tətbiqi tələb etməklə Lisenziya.az saytında qeydiyyatdan keçirsiniz.
- Məlumatlarınız yalnız saytda qeydiyyatdan keçmək üçün istifadə olunur.
- Tətbiq vasitəsilə e-poçt hesabınızın şəkli, adınız və soyadınız əldə edilir.
- Lisenziya.az bu məlumatları məxfi saxlayır. Tətbiqi istənilən vaxt silə bilərsiniz.
- Tətbiqi istənilən vaxt ləğv edə bilərsiniz.
- Tətbiqdən istifadə etdikdə bu qaydaları qəbul etdiyiniz hesab olunur.
- Saytdakı bütün məlumatlarınızı silə bilərsiniz. Bunun üçün ƏLAQƏ səhifəsindən müraciət göndərin. Mövzu: Məlumatların silinməsi.
Sualınız Var?
Bizimlə əlaqə saxlayın